Bryanska girən legion Moskvaya hücuma hazırlaşır

Bryanska girən legion Moskvaya hücuma hazırlaşır

Rusiyanın Azadlığı legionunun könüllüləri Moskvaya hücum üçün minlərlə sıralarına cəlb edir.

AzerTimes xəbər verir ki, bu barədə “Tayms” legion nümayəndələrindən birinə istinadən məlumat yayıb.

“Bizim əhəmiyyətli imkanlarımız var. Minaatanlarımız, zirehli texnikamız, “Stinger” “MANPADS”, portativ tank əleyhinə sistemlərimiz və çox təsirli kəşfiyyat aparatlarımız var. Hazırda Rusiyanın Azadlığı legionunda 500-dən 1000-ə qədər döyüşçü var. Biz cinayətkar və “Vaqner” kimi şəxsi hərbi şirkət deyilik. Hamımız Rusiya vətəndaşlarıyıq. Bəzilərimiz əvvəllər Ukrayna Silahlı Qüvvələrində xidmət edib”, – nümayəndə bildirib.

Onun sözlərinə görə, legionun əsas məqsədi Ukraynanı qorumaq, onun ərazilərini azad etmək və Putini devirməkdir.

Teqlər: