Rusiya Müdafiə Nazirliyi Bryansk və Kursk vilayətləri üzərində iki Ukrayna PUA-sını vurub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Noyabrın 1-nə keçən gecə Kiyev tərəfindən Rusiya ərazisindəki hədəflərə təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktları törətmək cəhdlərinin qarşısı alınıb”, – məlumatda deyilib.