Brüsseldən Əliyevə zənglər: İrəvana açıq şəkildə… – Markov

Brüsseldən Əliyevə zənglər: İrəvana açıq şəkildə… – Markov

Ermənistan rəhbərliyinin ABŞ və Avropa Birliyi liderləri ilə görüşü bir neçə səviyyədə olub. Görüş bəyanatlar səviyyəsində əla keçdi: onlar bir-birlərinə sözün əsl mənasında kompliment yağışı yağdırdılar.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Azərtac-a müsahibəsində deyib.

“Konkret siyasi qərarlar səviyyəsində görüşün uğursuz olduğunu söyləmək olar. Axı proqnozlar var idi, əslində isə ABŞ və Avropa Birliyi liderləri tərəfindən Qərbin Ermənistanın təhlükəsizliyinin qarantı olacağı, hansısa çərçivə sənədinin hazırlanacağı ilə bağlı bəyanat hazırlanırdı, amma heç bir bəyanat verilmədi. Ermənistanın təhlükəsizliyinə təminat verildiyindən danışıldı. Sülh sazişi əvəzinə hansısa barışıq ideyası da irəli sürülməli idi. Bu, təbii ki, yalnız Ermənistanın xeyrinədir. Bu da edilməyib. Beləliklə, Azərbaycan əleyhinə addımlar atılmayıb. Azərbaycan rəhbərliyinin qəti, sərt bəyanatları ABŞ və Avropa Birliyinin rəhbərliyini qorxuya salıb. Vaşinqtondan, Brüsseldən Bakıya Azərbaycan Pezidentinə zənglər oldu və o, o qədər qəti mövqe tutdu ki, ABŞ və Avropa Birliyi daha da irəli getməyə qorxdu. Onlar açıq şəkildə Ermənistana xüsusi heç nə vəd etmədilər”, – S.Markov qeyd edib.

Teqlər: