Ermənistan üçün ümumi təhlükəsizlik sisteminin qurulmasında Vaşinqton və Brüsselin miqyaslı iştirakı ilə bağlı mətbuata sızan informasiyalara hakimiyyət hələ də cavab verməyib.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın “Birgə” hərəkatının koordinatoru Aram Sərkisyan deyib.
O, jurnalistlərə açıqlamasında ABŞ və AB ilə razılaşmaların erməni xalqından gizli saxlanıldığını, rəsmi bəyanatlarda bu barədə bir kəlmə belə olmadığını bildirib:
“Ermənistan hakimiyyəti son dərəcə təhlükəli oyun aparır. Region geosiyasi “Bermud üçbucağı”na çevriləcək. Brüsseldəki razılaşmalar İran və Rusiyaya qarşı yönəlib. Bunu həm Tehran, həm də Moskva birbaşa və ya dolayısı ilə açıqlayır”, – Sərkisyan bildirib.