Brüsseldəki görüşdə Azərbaycanın təkliflərinin dəstəklənməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin bariz nəticəsidir – Türkiyəli politoloq

Brüsseldə Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və
Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüş
Cənubi Qafaqazdakı təhlükəsizlik məsələlərinin müzakirə olunduğu
bir görüş idi. Bu görüşdə Azərbaycanın təkliflərinin dəstəklənməsi
Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin bariz
nəticəsidir.

Bu barədə Trend-in suallarını cavablandırarkən türkiyəli
politoloq, Süleyman Dəmirəl Universiteti Beynəlxalq Əlaqələr
Fakültəsinin müəllimi Prof. Dr. Timuçin Kodaman deyib.

Onun sözlərinə görə, keçirilən görüşün vacib məqamlarından biri
Soçi Bəyanatına müvafiq olaraq aprel ayının sonunadək Birgə Sərhəd
Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılıq əldə
olunması idi.

“Brüsseldə keçirilən görüşdə çox əhəmiyyətli irəliləyiş əldə
olunub. Sülh danışıqlarına və dövlət sərhədinin delimitasiyası
komissiyasının yaradılmasının yaradılması ilə bağlı razılıq
Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilir.
Danışıqların Azərbaycanın baza prinsipləri kimi irəli sürdüyü 5
maddə əsasında davam etdirilməsi Azərbaycanın mövqeyinin güclü
olduğunu bir daha təsdiq edir. Avropa İttifaqında “Dağlıq Qarabağ
ifadəsinin istifadə olunmaması Prezident İlham Əliyevin liderliyi
ilə Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir”, – deyə
T.Kodaman əlavə edib.

T.Kodaman qeyd edib ki, Azərbaycanın bu çərçivədə İsrail,
Türkiyə, Rusiya, İran, Avropa İttifaqı ilə olan əlaqaləri
Ermənistanın siyasəti ilə müqayisə belə edilə bilməz. Azərbaycan və
Ermənistan münasibətlərinin normallaşması çərçivəsində keçirilən
görüşlərdə Azərbaycanın təkliflərinin daha öndə olması Prezident
İlham Əliyevin uğurlu xarici siyasətinin bariz nümunəsidir.

“Əhəmiyyətli olan digər məqam isə dünyadakı Fransanın, Amerika
Birləşmiş Ştatlarının dəstəklədiyi erməni lobbisinə rəğmən
Prezident İlham Əliyevin dünyanın fərqli ölkələri ilə qurduğu
diplomatik əlaqələr sayəsində dünya mediasında Azərbaycan əleyhinə
xəbərlər dərc olunmasının əngəllənməsidir. Bu özü də çox böyük bir
müvəffəqiyyətdir. Azərbayan torpaq bütövlüyünü bərpa edib və həm
daxili, həm xarici siyasətində uğurlu addımlar atılır”, – deyə
T.Kodaman bildirib.

Teqlər: