Brüsseldə Nikola açıq deyildi, əvəzində… – Arzumanyan

Brüsseldə Nikola açıq deyildi, əvəzində… – Arzumanyan

Mən Əliyevin, Ərdoğanın, Putinin, digər liderlərin, güc mərkəzlərinin necə düşündüyünü və müvafiq olaraq necə davrandığını başa düşürəm. Nikol Paşinyan necə düşünür və nə istəyir – mən qətiyyən izah edə bilmərəm.

AzerTimes xəbər verir ki, bunu “Aşxar” Strateji Araşdırmalar Mərkəzinin direktoru Qraçya Arzumanyan deyib.

“Paşinyanın sözlərini necə təhlil edəcəyimi bilmirəm, çünki onun sözləri bir-birinə ziddir, birinci sözü ikinciyə, ikincisi üçüncüyə uyğun gəlmir və s. Analitiklər Paşinyanın nə düşündüyünü və hansı siyasəti yeritdiyini anlamaqda çətinlik çəkirlər.

O, Qranadaya getdi, masa arxasına oturdu, bəyanatlar imzaladı və bundan sonra Brüsseldə Avropa Parlamentinin sessiyası keçirildi, orada Ermənistana açıq dəstək verən siyasi sənəd qəbul edildi. Bu sənəddə ilk dəfə olaraq Qərbin Ermənistanın hazırda mənsub olduğu hərbi alyansdan (KTMT) çıxdığı təqdirdə onu dəstəkləyəcəyindən danışırlar. Lakin qayıtdıqdan sonra Rusiya ilə hərbi ittifaqda qalacağını bəyan edir. Üzr istəyirəm, amma bu yoldasınızsa, niyə Brüsselə gedirsiniz? Əgər Putinin yanındasansa, niyə Qranadaya gedirsən? Başa düşmürsünüz ki, Ermənistanın gələcəyindən iki yolda danışırsınız və onların heç birinə açıq şəkildə əməl etmirsiniz? Bu halda siz hər iki yolda uduzacaqsınız, çünki heç bir tərəf sizə güvənmir. Onda həm bu, həm də digər yoldan mənfi reaksiya alacaqsınız. Bu, ciddi deyil. Əgər həqiqətən siyasətçisənsə, dövlət adamısansa, seçim etməlisən. Mən Paşinyanın addımlarını izah edə bilmərəm, onun davranışını izah edəcək bir model qura bilmərəm. Başa düşürəm ki, bu, dünya təcrübəsinin də sübut etdiyi kimi, həmişə ölkə üçün böhran və ya fəlakətlə bitən populist siyasətdir. Amma bu baxımdan belə onun davranışını izah etmək mümkün deyil. Baş nazir kimin üçün danışır, kimə müraciət edir? Heç nə başa düşmək olmur”, – o bildirib.

Teqlər: