Brüsseldə mühüm iclas: Bayramov Borrellə görüşdü

Brüsseldə mühüm iclas: Bayramov Borrellə görüşdü

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir.

AzerTimes xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, AB nümayəndə heyətinə isə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrell rəhbərlik edir.

Bildirilib ki, Əməkdaşlıq Şurası AB-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və Sektor əməkdaşlığını, Şərq Tərəfdaşlığı, İqtisadi və İnvestisiya Planının icrası ilə bağlı AB-Azərbaycan ikitərəfli münasibətlərinin durumunu, həmçinin növbəti addımları müzakirə edəcək.

Eyni zamanda Əməkdaşlıq Şurası daha sonra siyasi məsələlər, o cümlədən regional problemlər, demokratiya, qanunun aliliyi və insan haqları üzrə fikir mübadiləsi aparacaq.

Teqlər: