Brüsseldə keçirlən görüş Azərbaycanın siyasi qələbəsidir – Elşad Həsənov (VİDEO)

Brüssel görüşü Azərbaycanının diktəsi ilə keçdi. Bizim uzun
illər apardığımız balanslaşdırılmış xarici siyasətimiz öz müsbət
nəticələrini verməyə başladı.

Trend-in məlumatına görə bunu SİA-ya
müsahibəsində Birinci Qarabağ müharibəsi veteranı, siyasi ekspert
Elşad Həsənov deyib.

Onun sözlərinə görə aprelin 6-da Brüsseldə keçirilən görüşdə
Azərbaycanın təqdim etdiyi 5 maddəlik prinsiplər qəbul olundu.

” Bu prinsiplər obyektiv və reallığı əks etdirən məsələlərdir və
Ermənistanda bu maddələri qəbul etmyə məcbur oldu. Birgə keçrilən 3
tərəfli görüşü Azərbaycanını siyasi qələbəsi hesab etmək olar. Məhz
Brüssel görüşündən sonra Ermənistan Baş naziri Nikol Paşinyanın
parlamentdə çıxışı göstərir ki, o xalqa sülh şəraitində yaşamalı
olduqlarını başa salmağa çalışır. Ermənistan rəhbərliyi başa düşür
ki, Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşasalar, iqtisadi
cəhətdən inkişaf edəcəklər”, -deyə o bildirib.

Videomüsahibəni təqdim edirik:

Teqlər: