Brüsseldə keçirləcək olan görüşdən gözləntilər çoxdur – Elçin Alıoğlu (VİDEO)

Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçiriləcək görüşdən
gözləntilər çoxdur.


Trend
-in məlumatına görə, bunu Milli.az xəbər portalının baş
redaktoru, araşdırmaçı jurnalist Elçin Alıoğlu “Arb24” telekanalına
müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanın siyasətində çox maraqlı bir
təmayül müşahidə edilir.

“Son 30 ildə ilk dəfə olaraq rəsmi İrəvanla Qarabağdakı
seperatçılar arasında çox kəskin ziddiyyətlər yaranıb. Bu
ziddiyyətlər artıq Ermənistanı təmin etmir və Ermənistan mümkün
qədər tez təhlükəsiz və az itkilərlə bu ballansdan xilas olmağa
çalışır. Şarl Mişelin vasitəçiliyi ilə olan bu görüşdən gözləntilər
çoxdur.

Artıq Avropa Şurası da anlayır ki, əgər bu görüşdə Ermənistan
tərəfinin dağıtmağa çalışdığı mövqelərin müşahidəsi ilə bitərsə, o
zaman Avropa Şurası moderator funskiyasını birmənalı olaraq itirə
bilər və bu, artıq beynəlxalq müstəvidə yeni arayışlara səbəb
olacaq. Ona görə Avropa Şurası bunu əldən vermək istəmir, çünki
Ukrayna məsələsində çox gecikdi. Gecikdiyinə görə də təşəbbüsü ABŞ
və Böyük Britaniya ələ aldı”, – deyə o əlavə edib.

Teqlər: