Brüsseldə karantinə qarşı etiraz aksiyası keçirilib, saxlanılanlar var

Belçikanın paytaxtı Brüssel şəhərində koronavirusla əlaqədar karantin tədbirlərinə qarşı etiraz aksiyası keçirilib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, etiraz aksiyasında təxminən 400 nəfər iştirak edib. Aksiya keçirilən əraziyə 500-dən artıq polis əməkdaşı cəlb edilib.


Məlumata əsasən, etiraz aksiyası zamanı onlarla etirazçı polislər tərəfindən saxlanılıb.