Brüsseldə İrəvana nə qədər verildi? – Nikolun ümidi qırıldı

Brüsseldə İrəvana nə qədər verildi? – Nikolun ümidi qırıldı

Bu gün Brüsseldə keçirilən ABŞ-AB-Ermənistan sammitindən gözləntilər özünü doğrultmadı.

AzerTimes xəbər verir ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığının azaldılması niyyəti ilə “tarixi dönüş” olacağı və İrəvana ciddi maliyyə dəstəyi göstəriləcəyi gözlənilirdi. Hələ bir neçə gün öncə Ermənistan mediası bu barədə hakim komanda arasında danışıqlar olduğu, İrəvana 7-8 il müddətinə ildə 3 milyard avro ayrılacağı halda prosesdə ciddi irəliləyiş əldə ediləcəyi haqda informasiya yaymışdı. Məlumata görə, Nikol Paşinyan komanda yoldaşlarına ona bu barədə heç bir vəd verilmədiyi və konkret rəqəm deyilmədiyi, ancaq ildə bir milyard ayrılacağını gözlədiyini bildirmişdi (Ətraflı burada).

Bu gün Brüsseldə keçirilən sammit öncəsi media açıqlamalarında AB-nin Ermənistana 270 milyon avro qrant verəcəyi, ABŞ-ın isə illik yardımı 65 milyon dollara qaldırdığı (ikiqat artırdığı) elan edildi.

Hazırda erməni ekspertlər ayrılan təxminən 350 milyon dolların Ermənistana heç bir təsir etməyəcəyi, Rusiyanın qaz qiymətlərini qaldıracağı halda bu vəsaitin əriyəcəyini bildirirlər.

Ancaq məsələ bundadır ki, AB-nin ayırdığı 270 milyon avro qrant 4 ili əhatə edir. Başqa sözlə desək, ABŞ 65 milyon dollar, AB isə təxminən bir o qədər avro (67,5 milyon avro) ayırıb və məbləğ heç də 350 milyon deyil, ildə ümumilikdə 140 milyon dollar civarındadır.

Teqlər: