Brüssel sammitindən pul gözləyirik, hərbi güc üçün…

Brüssel sammitindən pul gözləyirik, hərbi güc üçün…

Biz siyasi vektoru dəyişmirik, vektorun həcmini dəyişirik. İndiyə qədər Rusiyaya yönələn vektor ən böyük idi, lakin indi bu istiqamətin miqyası azalır, Avropaya yönələn vektorun həcmi artır. Çünki bir tərəfdən Rusiya hazırda müharibənin ortasındadır, digər tərəfdən ciddi təhlükəsizlik problemləri ilə dolu bir bölgədəyik. Ona görə də biz öz təhlükəsizlik problemlərimizi həll etməliyik və bu problemlərin əsasını iqtisadiyyat təşkil edir. Döyüşlərdə ordular qalib gəlir, iqtisadiyyatın gücü sayəsində sülh bərqərar olur. İndi bəli, biz iqtisadiyyatı mümkün qədər şaxələndirməli və Rusiya iqtisadiyyatından asılılığımızı azaltmalıyıq, ona görə də bizim xarici siyasətimiz müdafiə qabiliyyətinin artmasına gətirib çıxaracaq istiqamətə yönəlib.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın hakim “Mülki Müqavilə” fraksiyasının deputatı Ovik Ağazaryan erməni mediasına açıqlamasında deyib.

O bildirib ki, aprelin 5-də keçirilən görüş (Brüsseldə baş tutacaq ABŞ-AB-Ermənistan sammiti – red.) nəinki öz formatına görə misilsizdir, həm də məzmunca belə olacaq:

“Məqsəd iqtisadiyyatı inkişaf etdirməkdir, əlavə pul qazana, müdafiə xarakterli məsələləri həll edə bilərik”.

O, Avropanın Ermənistanın təhlükəsizliyinə təminat verib-verməyəcəyinin də sabah bəlli olacağını vurğulayıb:

“Aprelin 5-də baş tutacaq görüşdən sonra bu məsələyə aydınlıq gələcək. Bu, Qərbin öz mövqeyini, bu problemlərin həllində nə dərəcədə maraqlı olduğunu göstərmək üçün unikal şansdır”.

O, bu sammitdən ilk növbədə ciddi maliyyə dəstəyi gözlədiklərini açıqlayıb:

“Lakin bu dəstək qısa müddətdə, tez olmalıdır ki, biz iqtisadiyyatımızı şaxələndirək, iş adamlarımız öz istiqamətlərini müəyyən edə, məhsullarının keyfiyyətini və çeşidini dəyişdirə bilsinlər ki, rəqabət qabiliyyətli fəaliyyət göstərsinlər. Biz Avropa, Asiya bazarlarına girməliyik”.

Ağazaryan Türkiyənin bu məsələdə mövqeyini yumşaltmaq üçün atılacaq addımlardan da bəhs edib:

“Qərbdəki tərəfdaşlarımızın ortağı olaraq Türkiyəni inandıracağıq ki, Qarsı, Sürməlini, İğdırı hərbi yolla almaq fikrində deyilik, elə etməliyik ki, Türkiyə bizdən qorxmasın. ABŞ, Fransa da Türkiyəyə təsir edəcək, Türkiyə isə ermənilərin müharibə istəmədiyini Azərbaycana izah edəcək”.

O iddia edib ki, Azərbaycandan mümkün təhlükə ilə bağlı müdafiəni ciddi şəkildə gücləndirirlər:

“Siz bilirsinizmi ki, bizim müdafiəyə ayırdığımız büdcə az qala Azərbaycanın dövlət büdcəsi ilə müqayisə oluna bilər? Keçən il bir milyard yarım ayırmışdıq, əvvəl bundan 10 dəfə az idi, iqtisadiyyatı daha da inkişaf etdirə bilsək, o zaman daha da güclənəcəyik”.

Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsi 22 milyard dollara yaxındır,

Teqlər: