Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol
Paşinyan arasında görüş keçirilib.
Görüşün 4 saatdan artıq davam etməsi gözlənilən idi. Sərhəddəki
son gərginliklər, İrəvanda Brüssel səfərinə bir gün qalmış etiraz
aksiyası, Qarabağ separatçılarının Paşinyanı hədələyərək (“Əliyevin
şərtlərini qəbul etsən, biz Rusiyanı seçəcəyik” – red.) Brüsseldə
Azərbaycanın təqdim etdiyi 5 maddəlik sülh paketinə uyğun sənəd
imzalanacağı təqdirdə, ilk saniyədən etibarən Qarabağda “respublika”nın Rusiyaya birləşməsi istiqamətində siyasi prosesə
başlamaq qərarının alınacağı ilə bağlı xəbərdarlıqları bu görüşün
gərgin keçməsinə, tərəflərin razılığa gəlməməsinə, fikir
mübadiləsindəki ciddi haçalanmalara hesablansa da, bütün bu
cəhdlərin işə yaramadığını deyə bilərik. Belə düşünməyə, əslində,
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Azərbaycan
Prezidenti və Ermənistanın Baş naziri ilə ikinci (Bu formatda ilk
üçtərəfli görüş 14 dekabr 2021-ci ildə keçiril – red.) üçtərəfli
görüşündən sonra yaydığı bəyanat əsas verir.
AzerTimes-ın məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Brüssel görüşünün
təfərrüatları” mövzusunda aparılan müzakirələr zamanı bu barədə
ətraflı danışılıb. Verilişin qonaqları – siyasi şərhçilər Rasim
Musabəyov, Zaur Məmmədov və Əziz Əlibəyli mövzu ətrafında müzakirə
aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: