Aİ Şurasının Prezidenti bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün təşkil edilməsi təklifi ilə çıxış edib.
AzerTimes-ın məlumatına görə, Aİ Şurasının Prezidenti postmünaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyinin dəfələrlə dövlət başçısı tərəfindən, o cümlədən beynəlxalq platformalarda səsləndirildiyini və Brüssel Zirvəsinin eyni zamanda bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab etdiyini diqqətə çatdırıb…
Trendin məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Brüssel görüşündən gözləntilər nələrdir?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Şəbnəm Həsənova – politoloq, Şakir Ağayev – “Novoye Vremya” qəzetinin baş redaktoru və Elxan Şahinoğlu – siyasi şərhçi mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: