Bakının məqsədi regionda sülh yaradılması ilə bağlı irəli
sürülən, Azərbaycanın suverenliyinə təhdid təşkil etməyən
təşəbbüsləri dəstəkləmək, iki ölkə arasında dövlət sərhədinin
delimitasiya və demarkasiya olunmasına başlamaq, Azərbaycan və
Ermənistan arasında ərazi bütövlüyünün qarşılıqlı surətdə
tanınmasına nail olmaqdan ibarətdir. Eləcə də region dövlətləri
arasında bütün kommunikasiya xətlərinin açılması ilə regional
əməkdaşlığı bərpa etmək, canlandırmaq və bununla da bölgədə sülhü
və təhlükəsizliyi möhkəmləndirmək Azərbaycanın əsas məqsədidir.
AzerTimes-ın məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Brüssel görüşündən gözləntilər,
prezidentin itkin düşmüş şəxslər üzrə beynəlxalq komissiyanin baş
direktorunu qəbulu zamanı səsləndirilən fikirlər” mövzusunda
aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin
qonaqları – siyasi şərhçi Murad Sadəddinov, BMTM-in şöbə müdiri
Fuad Çiraqov və Milli QHT Forumunun rəhbəri Rauf Zeyni mövzu
ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: