Brüssel görüşündə əldə edilən nəticələr Azərbaycanın strateji diplomatiyasının növbəti uğurudur – Deputat

Brüssel görüşündə əldə edilən nəticələr Azərbaycanın strateji
diplomatiyasının növbəti uğuru, eyni zamanda postmüharibə
reallıqlarının dünyaya qəbul etdirilməsi hadisəsidir.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, hər şeydən öncə qeyd etmək lazımdır ki,
beynəlxalq münasibətlər sistemi həddindən artıq mühafizəkar və
eqoistdir.

“Yaradılan yeni reallıq hər nə qədər beynəlxalq hüquqa uyğun
olsa belə onu qəbul etdirmək çox çətin olur. Bu isə beynəlxalq
münasibətlər sistemini təyin edən güc mərkəzlərinin paralel nizam
yanaşması ilə əlaqədardır. Bu bu paralel nizama əksər hallarda
ikili standartlar siyasəti də deyirik. Yəni əsas aktorların
maraqlarına uyğun olan problemlər beynəlxalq hüquqa uyğun olmasa
belə o problemlərin mövcud olmasına və hətta davam etməsinə qlobal
güc mərkəzləri dəstək olurlar.

Qarabağla bağlı vəziyyət də belə idi. Ancaq Azərbaycan bu
məsləni həll etməklə dünyanın güc mərkəzlərini fakt qarşısında
qoydu və imperialist mərkəzlərin bu reallığı qəbul etməkdən başqa
çarələri qalmadı. Brüsseldə keçirilən görüşdən sonra Ş.Mişelin
mətbuat üçün bəyanatında əksini tapan məsələlər də postmüharibə
mərhələsi üçün Azərbaycanın irəli sürdüyü beş baza prinsipinə
söykənir.

Bu baza prinsipləri beynəlxalq hüquqa və Azərbaycanın
maraqlarına tamamilə uyğundur. Qeyd etmək lazımdır ki, hələ 2021-ci
ilin dekabr ayının 14 də keçirilən üçtərəfli görüşdə əslində məhz
bu prinsiplər əsasında mümkün gündəm müəyyənləşdirilmişdi. Yəni
artıq mostmüharibə mərhələsndə qalıcı sülh üçün yeni danışıqlar
plarforması kimi qəbul edə biləcəyimiz Brüssel-Bakı-İrəvan xəttinin
əsasları həmin vaxt qoyulmuşdu. Hazırda isə bu əsaslarda sülh
danışıqlarını irəli götürmək üçün mexanizmlərin yaradılması baş
verir. Burada önə çıxan əsas məsələlərdən biri xarici işlər
nazirlərinin birbaşa əməkdaşlıq etməsinin nəzərdə tutulmasıdır ki,
bu nəticə əldə etmək üçün olduqca çevik və səmərəli formadır.

İkncisi Aprel ayının sonunadək sərhədlərin delimitasiya və
demarkasiyası ilə bağlı uyğun komissiyanın yaradılmasıdır. Eyni
zamanda hazırda sərhədlərdə mövcud olan reallığın
toxunulmazlığıdır. Bu isə o deməkdir ki, Erməni tərəfi Qaragöl və
Kəlbəcər istiqamətində əvvəlki iddialarından geri çəkilib, ya da
onu qəbul etdirə bilməyiblər”, – deyə deputat bildirib.

O qeyd edib ki, başqa mühüm bir məsələ isə bəyanatda və
danışıqlarda ATƏT və onun Minsk qrupunun ümümiyyətlə xatırlanmaması
onun əvəzinə hər iki tərəfin etimad etdiyi Avropa İttifaqının
danışıqları himayə etməsi gerçəkliyidir ki, bu da özlüyündə
tamamilə yeni və səmərəli bir format yaradır.

“Hər hansı status əsla xatırladılmır, tam əksinə regionda
yaşayan bütün insanların rifahı naminə sülhə ehtiyac olduğu
vurğulanır. Və nəhayət kommunikasiyaların, o cümlədən avtomibil
nəqliyyatı kommunikasiyasının açılmasının zəruruliyi qeyd edilir.
Yəni bəyannamədə alqışlanılan dəmir yolu xətti ilə bərabər
avtomobil yolunun açılması zərurəti də öz əksini tapır. Əgər
minaların təmizlənməsi, itikin düşən insanların taleyinə aydınlıq
gətirilməsi kimi humanitar paketə daxil olan məsələləri də nəzərə
alsaq, deyə bilərik ki, Azərbaycan Brüsseldə istədiyini əldə
etdi.

Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişellə şəxsi zəmində olan qarşılıqlı
etimada söykənən münasibətləri və Aİ ilə Azərbaycan arasında
gələcək tərəfdaşlıq münasibətləri kontekstində baş tutdu”, – deyə o
əlavə edib.

Teqlər: