Brüssel görüşü, əldə olunan nəticələr – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki görüşü Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və
təşəbbüsü ilə baş tutub.

5 saat davam etmiş görüşdən sonra o, jurnalistlərə bildirib ki,
Cənubi Qafqazda “sabitlik, təhlükəsizlik, rifah Avropa İttifaqı
üçün son dərəcə mühümdür”, ona görə bütün səyləri, etimadyaratma
tətbirlərini dəstəkləyirlər: “Bu gecə böyük irəliləyişə nail olduq.
Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün
konkret prosesə başalamağa və mümkün sülh sazişini hazırlamağa, bu
saziş üçün bütün zəruri elementləri həll etməyə qərar
vermişik”.

AzerTimes-ın məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Brüssel görüşü, əldə olunan
nəticələr” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı
danışılıb. Verilişin qonaqları iqtisadçı ekspert – Xalid Kərimli,
Milli Məclisin deputatları – Sahib Alıyev və Cavanşir Feyziyev
mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=NddGYqh8Iqs

Teqlər: