Brüssel görüşü 5 saat davam etdi: İrəliləyiş var

Brüssel görüşü 5 saat davam etdi: İrəliləyiş var

Brüsseldə Finlandiya, İsveç və Türkiyə nümayəndə heyətləri arasında Şimali Atlantika Alyansına üzvlük məsələsi üzrə keçirilən danışıqlarda irəliləyiş var.

AzerTimes xəbər verir ki, bu barədə Finlandiya prezidentinin ofisindən məlumat verib.

“Müzakirələr təxminən beş saat davam etdi. Bəzi məsələlərdə aydın irəliləyiş var, digərləri üzrə konsensusa çatmaq üçün hələ çox yol var. Əldə olunan razılaşmalarla bağlı müzakirələr aparılacaq. Ümumi məqsəd müzakirəni mümkün qədər tez davam etdirməkdir”, – məlumatda vurğulanıb.

Teqlər: