İspan alimləri aktyor və döyüş ustası Brüs Linin ölümünə səbəb kimi çoxlu su içməyi göstəriblər.
AzerTimes Modern.az-a istinadən bildirir ki, müvafiq araşdırma “Clinical Kidney Journal”da dərc olunub.
Mütəxəssislər ulduzun vərdişlərini, qohumlarının ifadələrini və yarılma nəticələrini təhlil ediblər – ölümün beyin şişi ilə bağlı olduğunu göstəriblər. Madrid Universitetindən Prissilla Vilyalvasonun rəhbərlik etdiyi alimlər hesab ediblər ki, bu, hiponatriyemiya – orqanizmdə mayenin tutulması ilə bağlı olub, bu da qanda natriumun miqdarının kəskin şəkildə kritik səviyyəyə enməsinə gətirib çıxarır. Bu vəziyyət xəstəliklər və ya çoxlu içkilər səbəbindən baş verə bilər.
Alimlər qeyd ediblər ki, Li marixuanadan istifadə edib və bu, susuzluğun artmasına səbəb ola bilərdi. Mütəxəssislərin fikrincə, bundan əlavə, reseptlə verilən dərmanlar, kəskin böyrək çatışmazlığı və ağır fiziki fəaliyyət mayenin bədəndən çıxarılmasına mane olub.
Brüs Li 20 iyul 1973-cü ildə Honkonqda vəfat edib. Versiyalardan birinə görə, onun “Ekvadjestik” dərmanını qəbul etməsi beyin şişinə və ölümünə səbəb olub.