Broud zirvəsini fəth etdi, Leyla Əliyevaya təşəkkür etdi

Broud zirvəsini fəth etdi, Leyla Əliyevaya təşəkkür etdi

Dəniz səviyyəsindən 8051 metr hündürlükdə yerləşən Broud zirvəsini fəth edən azərbaycanlı alpinist İsrafil Aşurli Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıq edib.

AzerTimes xəbər verir ki, bu barədə alpinist İnstaqram hesabında paylaşım edib.

“37-ci gün. 23.07.2022 – 12.15. Zirvə fəth olundu! Azərbaycan bayrağı Broud pik üzərində dalğalanır! Azərbaycan dünyanın 14 “səkkizminlik” zirvəsindən beşincisini qazandı. Bu ekspedisiyanın gerçəkləşməsinə imkan yaratdıqları üçün Heydər Əliyev Fonduna və şəxsən Leyla xanım Əliyevaya təşəkkür edirəm.

Eyni zamanda, Azərbaycanın Gənclər və İdman Nazirliyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəstək üçün minnətdarlığımı bildirirəm. Azərbaycan irəli!”, – İ.Aşurli qeyd edib.

Teqlər: