British Council və ADA Universiteti biznes sahibkarları və tələbələri #mycreativespark forumu üçün bir araya gətirib (FOTO)

Azərbaycan fəaliyyət göstərən “British Council”ın ofisi ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində 1 dekabr 2021-ci il tarixində Azərbaycan universitetlərinin tələbələri və gənc məzunları arasında sahibkarlıq bacarıqlarının inkişafına həsr olunmuş “Creative Spark” proqramı üzrə tələbə forumu təşkil edir.

Forum ADA Universitetinin tələbə iştirakçılarını, həmçinin “ATL Group”, “SABAH.lab”, “MESHQUE” və “ABA Centre” kimi təşkilatları təmsil edən biznes sahəsinin liderlərini və sahibkarları bir araya gətirib. Çıxışçılar panelinə “British Council”ın ekspertləri, ADA Universitetinin iki tələbə sahibkarı, həmçinin “2021 Creative Spark Big Idea Challenge”ın ölkə çempionu və Xəzər Universitetinin tələbəsi Təravət Əsgərova daxildir. Onlar sahibkarlıq təhsili, tələbə fəaliyyəti və uğurlu sahibkarlığa aparan bacarıqlar haqqında fikirlərini bölşüblər.

Forum “British Council”ın Feysbuk səhifəsində ADA Universitetindən canlı yayımlnıb: https://www.facebook.com/events/4433852493394226/

Tələbələrə, məzunlara və yaradıcı sahibkarlara sahibkarlıq bacarıqları resurslarının çatdırılması bizim Cənubi Qafqaz, Mərkəzi Asiya və Ukraynada beş illik “Creative Spark” təşəbbüsümüzün tərkib hissəsidir.

Proqram Azərbaycan və Birləşmiş Krallığın 16 universiteti və yaradıcı təşkilatını əhatə edən 7 beynəlxalq tərəfdaş qurum vasitəsilə həyata keçirilir. Tərəfdaşlığı birbaşa maliyyələşdirməklə yanaşı, Birləşmiş Krallıq Azərbaycanda tələbələrə müxtəlif imkanlar təqdim edir, ideyaların irəli sürülməsi, biznesin qurulması, əqli mülkiyyətin qorunması və maliyyə dəstəyinin təmin edilməsi kimi mövzularda müxtəlif imkanlar və peşəkar inkişaf kursları təklif edir.

Əlavə məlumat üçün əlaqə saxlayın:

Nərgiz Hüseynova│İngilis Dili və Təhsil üzrə Menecer | British Council-ın Azərbaycandakı ofisi [email protected] | T +994 (0) 12 497 1593

Qeydlər:

Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı 7 ölkədəki tələbə və gənc sahibkarlar arasında sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, həmçinin Birləşmiş Krallıq ilə universitet və təşkilat tərəfdaşlıqlarını dəstəkləmək üçün, beş illik (2018-2023) təşəbbüsdür. Biz bunu milli forumları dəstəkləməklə, yeni kurikulum və müəssisələr üçün təhsil materialları hazırlamaqla və biznes inkubasiya mərkəzləri qurmaqla edirik.

Proqram sahibkarlıq təhsili ilə üzrə inkişaf etməmiş yaradıcı müəssisə sektorunu dəstəkləmək və daha yaxşı iş imkanlarını dəstəkləmək üçün nəzərdə tutulmuşdur.

“Creative Spark” Tərəfdaşlıq Fondu korporativ təhsili dəstəkləmək və müəssisə mərkəzləri yaratmaq üçün Birləşmiş Krallıqdakı və proqram ölkələrindəki universitetlər və yaradıcı institutlar arasında tərəfdaşlıq qurmaq üçün hazırlanmışdır. Bu baxımdan, “Creative Spark” şəbəkəsi 122 qurum və 50 tərəfdaşlığa malikdir. Bu günə qədər biz seminarlar, təlim düşərgələri, müəssisə təlimləri, inkubasiya tədbirləri və ingilis dili kursları daxil olmaqla müxtəlif fəaliyyə növləri vasitəsilə 760.000 tələbəni cəlb etmişik. Bu tərəfdaşlıqlar minlərlə gənci sahibkarlıq bacarıqları ilə təmin edəcək və onlara mədəni əlaqələr qurmağa kömək edəcək.

Teqlər: