Xəbər - Orxan Nəbiyev – Trend:
Böyük Britaniyanın “British Airways” aviaşirkəti 2021-ci ilin birinci rübündə 1,14 milyard avro gəlir itirib.
AzerTimes-ın məlumatına görə, bu barədə “International Airlines Group” şirkətinin hesabatında deyilir.
Qeyd olunur ki, bu ilin ilk üç ayı ərzində aviaşirkətin yüklənmə səviyyəsi 2019-cu il göstəricilərinin 20 faizinə bərabər olub. İkinci rübdə bu göstəricinin 25 faizədək artacağı proqnozlaşdırılır.
Tərkibinə “British Airways”, İspaniyanın “Iberia” və İrlandiyanın “Aer Lingus” aviaşirkətlərinin daxil olduğu “International Airlines Group” şirkəti 2020-ci il ərzində 4,37 milyard avro məbləğində itki ilə üzləşdiyini açıqlayıb.