2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan Böyük Britaniyaya 195,12 min tondan çox xam neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycandan ümumi xammal ixracının 1,25 faizini təşkil edir.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, illik hesablamada bu göstərici 78,93 faiz və ya 730,88 min ton azalıb.
Bu dövrdə Azərbaycan neftinin və neft məhsullarının Böyük Britaniyaya ixracının dəyəri 111 679 milyon ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 85,16 faiz və ya 640 828 milyon dollar azdır.
Qeyd edək ki, ümumilikdə 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan 15,54 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (16,414 milyon ton) 5,33 faiz azdır. İxrac olunan neftin ümumi dəyəri 9,444 milyard dollardan çox olub ki, bu da 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 23,82 faiz və ya 2,952 milyard dollar azdır.