Britaniyaya gələn əcinəbilərlə bağlı məhdudiyyətlər yumşaldılır

Britaniyada səfər edən xarici vətəndaşlara tətbiq olunan “COVID 19” məhdudiyyətlərlə bağlı dəyişiklik edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin nəqliyyat naziri Qrant Şapps bildirib.

Bildirilir ki, oktyabrın 4-dən etibarən koronavirusa qarşı tam peyvənd alan səyahətçilərə dünyanın əksər ölkələrindən İngiltərəyə gəldikdən sonra yalnız bir COVID-19 testindən keçmələri lazım olacaq.


Qaydalarda yumşalma ölkə tərəfindən təsdiqlənmiş peyvəndlərlə aşılanmayan şəxslərə şamil edilməyəcək.