Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Polşaya səfəri zamanı Ukraynaya 617 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayacağı gözlənilir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin keçmiş müşaviri Anton Geraşenko paylaşım edib.
Məlumata görə, paket əsasında Kiyevə 60 qayığın, 1600-dən çox zərbə və HHM raketlərinin, “Storm Shadow” yüksək dəqiqlikli uzunmənzilli raketlərin, 400-dən çox hərbi nəqliyyat vasitəsinin, 160-dan çox “Husky” avtomobilinin, 162 zirehli maşının və 78 yerüstü nəqliyyat vasitəsinin verilməsi nəzərdə tutulur.