2014-2017-ci illərdə İngiltərənin Türkiyədəki səfiri kimi çalışan Riçard Mur Böyük Britaniya kəşfiyyatının (MI6) rəhbəri təyin olunub.
Hələ də Xarici İşlər Nazirliyində siyasi direktor postunu icra edən Mur yeni vəzifəsinə payızda başlayacaq. O, 6 ildir “MI6” rəhbəri olan Aleks Yangeri əvəzləyib.
Qeyd edək ki, Riçard Mur Türkiyədə olduğu müddətdə sosial mediadakı maraqlı paylaşımları və “Beşiktaş” pərəstişkarı olması ilə diqqət çəkmişdi.