Britaniyanın Rusiyanın “Evraz” şirkətinə qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya hökuməti metallurgiya və mədən şirkəti “Evraz”ı
ölkədəki aktivlərinin dondurulmasını nəzərdə tutan sanksiyalar
siyahısına əlavə edib.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər
Nazirliyindən bildirilib.

Bildirilir ki, “Evraz” Rusiya hökuməti üçün strateji əhəmiyyət
kəsb edən sektorlarda fəaliyyətlə məşğuldur. “Evraz” bütün Rusiya
qatar təkərlərinin 28 faizini və Rusiyada dəmiryol relslərinin 97
faizini istehsal edir. Bunlar çox əhəmiyyətli rəqəmlərdir”, – deyə
açıqlamada bildirilir.

Qeyd edilir ki, “Evraz”a qarşı sanksiyalar Böyük Britaniyanın
fiziki və hüquqi şəxslərinin şirkətlə iş aparmasını qadağan
edir.