Britaniyanın ölkəmizdəki səfirliyində bayraqlar endirildi

Britaniyanın ölkəmizdəki səfirliyində bayraqlar endirildi

Kraliça II Yelizavetanın vəfatı ilə əlaqədar xatirə kitabı açılıb.

Bu barədə AzerTimes Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Kraliça II Yelizavetanın ölümü ilə bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin inzibati binası və səfirin iqamətgahında dövlət bayrağı endirilib. Eyni zamanda, Kraliçanın ölümü ilə bağlı öz ürək sözlərini yazmaq istəyənlər üçün xatirə kitabı açılıb. Dünyanın müxtəlif ölkələrində yaşayan və öz hisslərini bölüşmək istəyən şəxslər isə ürək sözlərini onlayn açılan xatirə kitabında yaza bilərlər”, – səfirlikdən bildiriblər.

Xatırladaq ki, sentyabrın 8-də Böyük Britaniya tarixində ən uzun müddət taxtda olan Kraliça II Yelizaveta 96 yaşında vəfat edib. Böyük Britaniyanın yeni kralı 73 yaşlı şahzadə Çarlz olub.

Teqlər: