Böyük Britaniyanın lobbiçilik fəaliyyəti üzrə nəzarət orqanı keçmiş baş nazir Devid Kemerona qarşı bir ildə ikinci dəfə araşdırmalara başlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Financial Times qəzeti xəbər verib.
Məlumata əsasən, rəsmi araşdırma təhminen avqustun 2-də başlayıb. Nəzarət orqanından bildirilib ki, bu, “qeydiyyatsız lobbiçilik” ilə əlaqədardır.
Lakin qurum yoxlamanın təfərrüatlarını açıqlamadı və nəticələr başa çatdıqdan sonra dərc olunacağını bildirib.