Böyük Britaniyanın sabiq Daxili İşlər və Maliyyə nazirliklərinin rəhbəri Sacid Cavid ölkənin yeni səhiyyə naziri olacaq.
Trend xəbər verir ki, bu barədə “BBC” telekanalı məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl səhiyyə naziri Mett Henkok özünün “Twitter” səhifəsində istefaya getmək barədə qərar qəbul etdiyi bildirmişdi:
“Səhiyyə və sosial işlər naziri vəzifəmdən istefa ərizəmi vermək üçün bu gün baş nazirlə görüşdüm. Başa düşürəm ki, bu ölkənin bütün sakinləri (pandemiya ilə mübarizə və karantin tədbirləri zamanı -red.) böyük fədakarlıqlar etməli oldular. Bu qaydaları təyin edənlər onlara riayət etməlidirlər və buna görə də mən vəzifəmdən ayrılmalıyam”.