Britaniyanın Hind okeanındakı hərbi gəmisində koronavirusa yoluxma halları qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Böyük Britaniya Hərbi-Dəniz Qüvvələrinin “Queen Elizabeth” aviadaşıyıcısında koronavirusa yoluxma halları qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, aviadaşıyıcı mayın 22-də aviadaşıyıcı zərbə qrupunun tərkibində Britaniyanı tərk edərək Hind okeanında 28 həftəlik patrul səfərinə çıxıb.

Qeyd olunur ki, gəminin heyət üzvləri arasında 100-ə yaxın yoluxma qeydə alınıb. Yoluxan şəxslər gəmidə təcridə alınıb.

Hazırda “Queen Elizabeth” aviadaşıyıcısı Hind okeanında tapşırıqların icrasını davam etdirir.