Böyük Britaniyanın baş naziri və Mühafizəkarlar Partiyasının lideri seçilmək üçün səkkiz namizəd qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə çərşənbə axşamı parlament komitəsinin rəhbəri Qrem Bredi məlumat verib.
Partiyadaxili seçki kampaniyasında iştirak etmək üçün namizəd Mühafizəkarlar Partiyasındakı ən azı 20 həmkarının dəstəyini almalı idi. Ümumilikdə Britaniya parlamentinin İcmalar Palatasındakı Tori fraksiyasının 358 deputatı var.
İyulun 13-də keçirilməsi planlaşdırılan səsvermənin birinci turunda aşağıdakılar mübarizə aparacaq:
Keçmiş maliyyə naziri Rişi Sunak
Xarici İşlər Nazirliyinin rəhbəri Liz Trass
Ticarət nazirinin müavini Penni Mordont
Maliyyə naziri Nadim Zahavi
Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Ceremi Hant
Britaniya İcmalar Palatasının xarici əlaqələr komitəsinin rəhbəri, parlamentari Tom Tugendhat
İngiltərə və Uelsin baş prokuroru Sue-Ellen Braverman
Deputat Kemi Baydnock