Britaniyanın baş naziri Boris Conson və BMT-nin baş katibi Antoniu Quterreş İngiltərədə keçirilən “G7” zirvəsi çərçivəsində pandemiyaya qarşı mübarizə məsələlərini müzakirə ediblər.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Britaniya hökumət başçısının ofisi məlumat verib.
“Liderlər Birləşmiş millətlər təşkilatının İqlim Dəyişikliyi çərçivə konvensiyası (COP-26) tərəflərinin 26-cı konfransının keçirilməsi planlarını müzakirə etdilər. Tərəflər ölkələrin karbon emissiyalarını azaltmaq və kömür istifadəsindən imtina etmək barədə öhdəliklərin götürmələri barədə razılığa gəldilər”, – məlumatda deyilir.