Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti
Vladimir Zelenski ilə telefon danışığı zamanı yaxın günlərdə Kiyevə
növbəti hərbi yardım partiyasının göndərilməsinə söz verib.
AzerTimes-ın
məlumatına görə, bu barədə B.Conson öz “Twitter” səhifəsində
yazıb.
“Mən bu gün günorta dostum Zelenskiyə yaxın günlərdə Ukraynaya
göstərəcəyimiz növbəti hərbi yardım haqqında məlumat verdim”, –
deyə baş nazir bildirib.