Böyük Britaniyanın baş naziri Boris Conson cümə axşamı Rusiyaya
qarşı bankları, prezident Vladimir Putinin ən yaxın çevrəsinin
üzvlərinə qarşı sanksiyalar paketini açıqlayıb.
Trend Reuters agentliyinə istinadən xəbər verir ki, Britaniya
hökuməti Rusiyanın ikinci ən böyük bankı olan və dövlətə məxsus VTB
daxil olmaqla, bəzi böyük Rusiya banklarının aktivlərinin
dondurulacağını və böyük rus şirkətlərinin Britaniyada
maliyyələşdirməsini dayandıracağını söylədi.