Britaniyanın baş naziri Kiyevə səfər edib

Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynanın paytaxtı
Kiyevə səfər edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Ukrayna prezidenti Ofisinin
rəhbərinin müavini Andrey Sibiqa deyib.

“Hazırda Boris Consonun Kiyevə səfəri prezident Vladimir
Zelenski ilə təkbətək görüşlə başlayıb”, – deyə A.Sibiqa
bildirib.

O vurğulayıb ki, Böyük Britaniya Ukraynaya müdafiə dəstəyi,
müharibə əleyhinə koalisiyada və Rusiyaya qarşı sanksiyalarda
liderdir.