Britaniyanın baş naziri 21-22 aprel tarixlərində Hindistana səfər edəcək

Böyük Britaniyanın baş naziri Boris Conson aprelin 21-22-də
Hindistanda rəsmi səfərdə olacaq.

AzerTimes-ın
məlumatına görə, bu barədə baş nazirin mətbuat xidməti
bildirib.

Qeyd edilib ki, B.Consonun Britaniya hökumətinin başçısı kimi
Hindistana ilk səfəri “qlobal iqtisadi çağırışlar və avtoritar
dövlətlərdən gələn təhdidlər” şəraitində “sülh və tərəqqi naminə
uzunmüddətli tərəfdaşlığı dərinləşdirmək” məqsədi daşıyır.

Aprelin 21-də Böyük Britaniyanın иaş naziri ölkənin Əhmədabad
(Qucarat ştatı) şəhərinə səfər edəcək, burada o yerli işgüzar
dairələrin nümayəndələri ilə görüşəcək. Hindistan əsilli
britaniyalıların təxminən yarısının bu bölgədən gəldiyi
vurğulanıb.