Böyük Britaniyada axtarışda olan amerikalı muzdlu qatil Ermənistanda tutularaq nəzarətə götürülüb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan DİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iyulun 2-də 44 yaşlı Eymi B. Proşyan kəndində tapılaraq saxlanılıb. O, qətl törətmək və qanunsuz silah saxlamaq ittihamı ilə Böyük Britaniyada axtarışa verilib. Qadın hazırda həbsdədir.
Qeyd edək ki, Eymi 2019-cu ilin sentyabrında Birmingemdə (ABŞ) bir iş adamının qətlinə cəhd etdiyi üçün axtarışa verilib. Britaniya polisinin məlumatına görə, Derbidən olan Məhəmməd Aslam və Məhəmməd Nazir iş adamını öldürmək üçün qatil kirayələyib.