Böyük Britaniya limanları Rusiya gəmilərinə girişi qadağan
etməlidir.
AzerTimes-ın məlumatına görə, bunu Böyük Britaniyanın nəqliyyat
naziri Qrant Şapps özünün “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, o, ölkənin bütün limanlarına Rusiyada
qeydiyyatdan keçmiş, Rusiya bayrağı altında üzən və ya “Rusiya ilə
əlaqəli hər hansı bir şəxs”ə məxsus, nəzarət edilən, icarəyə
götürülmüş və ya idarə olunan heç bir gəmiyə giriş icazəsi
verməməyi xahiş edib.
Nazir əlavə edib ki, Böyük Britaniya hökuməti Rusiya gəmilərinin
gəlişini qadağan edən qanun qəbul etməyə çalışacaq.