Böyük Britaniyanın enerji təhlükəsizliyi və emissiyaların sıfır səviyyəsinə nail olunması strategiyası məsələləri üzrə naziri Qrem Stüart istefa verib.
AzerTimes xəbər verir ki, Beverli və Holdernes bölgəsinin deputatı Qrem Stüart yerli məsələlərə diqqət yetirmək üçün belə bir addım atdığını açıqlayıb.
Qrem Stüartı sabiq nazir və Mühafizəkarlar partiyasının sədr müavini Castin Tomlinson əvəzləyib.