Böyük Britaniyadan olan Ceyms Skot Ris Andersen adlı muzdlu döyüşçü Kurskda əsir götürülüb.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Əsirin rusiyalı hərbçilərə verdiyi ifadəsinə görə, 2019-2023-cü illərdə Britaniya Silahlı Qüvvələrinin 22-ci rabitə alayında döyüşüb. Ordudan tərxis olunduqdan sonra Ukraynadakı xarici legionda döyüşmək üçün müraciət edib.