Böyük Britaniyanın İctimai Səhiyyə Agentliyinin həkimləri koronavirusun yeni ştammını (B.1.621) aşkarlayıblar.
AzerTimes-ın “Daily Exoress”ə istinadən verdiyi məlumata görə, yeni ştamm azı 16 Britaniya vətəndaşında qeydə alınıb.
Məlumata əsasən, sözügedən ştammın digər ştammlardan daha təhlükəli olmasını dübut edən heç bir fakt yoxdur. Hazırda dünyada tətbiq olunan vaksinlər yeni ştamma qarşı da effektivdir.
Bildirilir ki, B.1.621 ştammı həmçinin ABŞ, Cənubi Amerika və Avropada da qeydə alınıb.