Böyük Britaniyadan olan gimnast Co Freyzer Bakıda keçirilən
bədii gimnastika üzrə FIG Dünya Kubokunda turnikdə hərəkətlərdə
birinci yeri tutub.
AzerTimes-ın
məlumatına görə, onun finaldakı çıxışı hakimlər tərəfindən 14.000
xalla qiymətləndirilib.
İkinci yerdə 13,966 balla – Mitçel Morqans (Avstraliya), üçüncü
yerdə – proqrama görə hakimlər tərəfindən 13,866 xal alan İlya
Kovtun (Ukrayna) qərarlaşıb.
Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika
Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku
keçirilir.
Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayır.
2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə
keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək
yarışlar final mərhələsi hesab olunur.
Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa
hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.