Böyük Britaniyanın əsir vətəndaşı Pol Uri Donetskdə ölüb.
AzerTimes xəbər verir ki, bu məlumatı “dxr”in “ombudsman”ı Daria Morozova bildirib.
“Böyük Britaniya vətəndaşı Uridə tibbi müayinə zamanı bir sıra xroniki xəstəliklər, o cümlədən insulindən asılılıq aşkarlanıb. O, iyulun 10-da vəfat edib”, – məlumatda bildirilir.
Qeyd olunur ki, Pol Uri Əfqanıstan, İraq, Liviya və Ukraynadakı müharibələrdə iştirak etmiş peşəkar hərbçi olub.