Qərb ölkələri bir neçə il Ukraynaya dəstək verməyə hazırdır.
AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.
“Müttəfiqlərimizlə birlikdə Putinə aydın şəkildə bildirmək istəyirik ki, onun “gözlə-gör” siyasəti işə yaramayacaq. Biz 2024, 2025, 2026-cı illərdə Ukraynanı dəstəkləməyə hazırıq, onlara bu dəstəyi verməyə hazırıq, çünki bu, bizim nəsil üçün əsas problemdir”, – deyə Kemeron bildirib.
Kemeron əlavə edib ki, Qərb koalisiyasına daxil olan ölkələrin ümumi ÜDM-i Rusiyanı 25 dəfə üstələyir.