Böyük Britaniya İranın baş prokuroruna sanksiya tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Tvitterdə yazıb.
“Bu gün baş prokurora sanksiya tətbiq edilməsi Əlirza Əkbərinin edamından qəzəblənməyimizi göstərir. İranın ölüm hökmündən istifadə etməsinin mərkəzində baş prokuror özü dayanır. Biz İran rejiminin insan haqlarının dəhşətli pozuntularına görə cavab verməsini tələb edirik”, – o bildirib.