Britaniyadan İran rəsmilərinə sanksiya

Britaniyadan İran rəsmilərinə sanksiya

Britaniya hökuməti məcburi hicab qaydalarının tətbiqindəki rollarına görə daha 5 İran rəsmisinə qarşı sanksiya tətbiq edib.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sanksiya tətbiq edilən şəxslər arasında Tehran metrosunun baş direktoru Məsud Dürüstinin də adı var.

Həmçinin, Tehranın Baş prokuroru Əli Salehi, Hörmüzqan əyalətinin polis komandiri Əli Əkbər Cavidan, Mazandaranın polis komandiri Həsən Mofəhəmi Şəhreştani və ölkə polis komandirinin İdeoloji-siyasi təşkilatının rəhbəri Əlirza Ədyaniyə də qarşı sanksiyalar tətbiq edilib.

Bildirilib ki, adıçəkilən şəxslər qız və qadınlara məcburi hicabın tətbiqində iştirak etdiklərinə görə sanksiyalara məruz qalıblar.

Teqlər: