Britaniyada sutka ərzində 32 mindən çox koronavirusa yoluxma halı aşkarlanıb

Birtaniyada sutka ərzində aşkar olunan koronavirusa yoluxma hadisələrinin sayı yanvar ayından ilk dəfə 30 mini keçib.

Trend xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilir ki, son sutka ərzində ölkədə 32 548 nəfər koronavirusa yoluxub, ümumilikdə bu say 4 990 916 nəfərə çatıb.

Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı son sutkada 33 olmaqla 128 301 nəfər təşkil edir.

Krallıqda üstünlük təşkil edən koronavirusun “delta” növünün yayılması ilə əlaqəli yoluxma hallarının artmasına baxmayaraq, ölkə rəhbərliyi 19 iyulda məhdudiyyətlərinin böyük əksəriyyətini ləğv etməyi planlaşdırır.