Böyük Britaniyada müxalifətdə olan Leyboristlər Partiyası parlament seçkilərində inamla liderlik edir.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin üç aparıcı televiziya kanalında yayılan vahid “ekzit-poll”un nəticələrində deyilir.
Belə ki, Key Starmerin rəhbərlik etdiyi Leyboristlər yeni parlamentdə 410 yer qazanıblar.
Hakim Mühafizəkarlar Partiyası ciddi məğlubiyyətə uğrayır. Onlar 131 mandat alıb ki, bu da 2019-cu ilin son seçkiləri ilə müqayisədə 234 yer azdır.