Britaniyada ötən sutka koronavirusa 50 mindən artıq yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka koronavirusa yanvar ayının ortalarından bəri ilk dəfə 50 mindən artıq yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 51 870 nəfər yoluxub, 49 nəfər isə koronavirusdan vəfat edib.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanların sayı 5 332 371 nəfər, koronavirusdan ölənlərin sayı isə 128 642 nəfər təşkil edir.